Velosipedin zəmanət şərtləri
- Zəmanət müddəti malın alınma tarixindən etibarən başlayır.
- Velosiped alınan zaman, velosiped məsul şəxs tərəfindən yenidən yoxlanılır və bundan sonra zəmanət qüvvəyə minir.
- Velosiped alındığı gündən etibarən 6 ay (altı ay) müddətində texniki xidmət təqdim olunur.
Zəmanət şərtləri.
3.1 Velosiped alındığı vaxtdan birinci ayda ən azı iki dəfə olmaq şərti ilə, mütləq texniki baxışdan keçirilməlidir.
3.2 Bir il ərzində 4 dəfə (ən azı iki dəfə) velosipedin disklərinin barabanları, pedalın paçevnikləri, rulun paçevnikləri yağlanmalıdır.
3.3 Hər ay velosiped texniki baxışdan keçməlidir. (ayda ən azı bir dəfə).
3.4 Qəza zamanı velosipedin hər hansı bir ehtiyyat hissəsi sındıqda,müştəri sındırdığı ehtiyyat hissəsinin yenisini almaqla, ehtiyyat hissəsinin montajı ödənişsiz servisə daxildir.
3.5 Velosipedin yağlanması pulsuz servis xidmətinə daxil deyil.
3.6 4.1, 4.2 və 4.3 bəndlərinə əməl olunmadıqda və ya zəmanət talonu itirildikdə zəmanət ləğv olunacaq.
Zəmanət qüvvədə olmadığı hallar.
- İstifadə zamanı aşınmaya məruz qalan tormoz dəstəkləri.
- Velosipedin qəza keçirməsi və ya daha çox yüklənməyə məruz qalması nəticəsində yaranan qüsurlar.
- Velosipedin istifadə kitabçasında qeyd olunan bəndlərə əməl etmədikdə.
- Zəmanət müddəti ərzində məsul Servisdən başqa yerdə servis etdikdə.
- Velosipedi işlək vəziyyətə yararlı olmadıqda belə idarə etmək.
- Velosipedin mütəmadi olaraq texniki baxışdan keçirilmədikdə.
- Velosipedin boya və ya etiketləmə işləri, sürtünmədən yaranacaq rəng solması.